Çin Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyalara və NATO-nun şərqə genişlənməsinə qarşı çıxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Çin xarici işlər nazirinin müavini Li Yuyçen Pekindəki təhlükəsizlik forumunda danışıb.
O bildirib ki, bu problemi sanksiyalarla həll etmək mümkün deyil: “Tarix dəfələrlə sübut edib ki, sanksiyalarla problemi həll etmək mümkün deyil. Sanksiya yalnız sadə insanlara ziyan vurur, iqtisadi və maliyyə sisteminə təsir edir və qlobal iqtisadiyyatı zəiflədir”.
Çin rəsmisi NATO-nun şərqə genişlənməsi və “Rusiyanı küncə sıxışdırması”nı da yolverilməz adlandırıb.
Qeyd edək ki, 18 martda ABŞ lideri Bayden Çin rəhbəri Si Sinpinlə videoformatda görüş keçirib. Bayden Rusiyanın sanksiyalardan yayınmasına Çinin dəstək verməməsi üçün Si Sinpinə xəbərdarlıq edib.
Çin lideri isə “Münaqişə və qarşıdurma heç kimin marağında deyil. Sülh və təhlükəsizlik beynəlxalq birliyin daha çox qiymətləndirməli olduğu dəyərdir” deyib.
Bundan başqa Si Cinpin onu da əlavə edib ki, Çin və ABŞ dünyanın aparıcı ölkələri olaraq sülh və sabitlik üçün çalışmalıdırlar: “Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvü və dünyanın iki aparıcı iqtisadiyyatı kimi təkcə Çin-ABŞ münasibətlərini düzgün yola yönəltməklə kifayətlənməməli, həm də beynəlxalq məsuliyyətdən üzərimizə düşən payı daşımalıyıq”.