Cəlilabaddda rayon ərazisindən keçən Mişarçay məcrasından çıxıb.
“Report” xəbər verir ki, nəticədə əkin sahələrini su basıb.
Yerli sakinlərin sözlərinə görə, çayın daşması nəticəsində Muğan, Maşlıq kəndlərinin, eləcə də köhnə Ələt-Astara magistralında, Göytəpə şəhərinə gedən istiqamətdə yolun sağ və sol istiqamətlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb.
Məlumata görə, yaşayış məntəqələrinin müəyyən hissəsinin də su altında qalmaq təhlükəsi yaranıb.
Təhlükəni sovuşdurmaq istiqamətdə zəruri tədbirlər görülür.