Zelenski yenidən xalqa müraciət etdi
"DÜŞMƏN ÜÇÜN ÇƏTİN OLACAQ"
Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti dəfə müraciət edib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Zelenski Ukrayna şəhərlərinin bütün sakinlərini işğalçılara qarşı mübarizə aparmağa çağırıb: “Böyük Ukraynanın böyük xalqı! Mən ayrı-ayrılıqda bütün Ukrayna şəhərlərinə və bu şəhərlərin cəsur sakinlərinə müraciət etmək istəyirəm. Ukraynanın cənubunda günəş tank üstündəki təsadüfi “turistlər” üçün deyil, yalnız arzulolunan qonaqlar üçün parlayır.
 
Bu gün Xersonda qulların azad insanlara necə atəş açdığını gördük. O qullar ki, təbliğat şüurlarını dəyişib.  
 
Rusiyanın göndərdiyi bu qullar heç vaxt meydanlarda, küçələrdə bu qədər azad insan görməmişdilər. Onlardan və əllərindəki silahlardan qorxmayan minlərlə insan görməmişdilər. Qullar azadlığı vəhşilik, təhlükə kimi qəbul etdilər. Onlarda qorxu var. Hansı ki, bu qorxunu təbliğatçılar nifrətə çevirə bilirlər. Və sonra dinc, azad insanlara atəş açırlar”.
 
Ukrayna Prezidenti əlavə edib ki, Xersondakı bu kadrları heç vaxt unutmayacaqlar: “Dövlətimizin 40 milyon ukraynalısı, dünyada milyonlarla ukraynalı düşmənə qarşı necə mübarizə apardığınızı gördü. Biz hamımız azadlığınızı necə geri qaytarmaq istədiyinizi gördük. Düşmən üçün çətin olacaq”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.