13 ölkənin parlamentariləri “Ukraynanın hava hücumundan müdafiə sisteminin təcili modernləşdirilməsinin zəruriliyi haqqında” birgə bəyanat imzalayıblar.
Publika.az bildirir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk məlumat verib.
“Bu gün dostlarımız - Çexiya, Estoniya, Polşa, Fransa, Gürcüstan, Almaniya, İrlandiya, Latviya, Litva, Niderland, İsveç, Böyük Britaniya, ABŞ parlamentariləri birgə müdafiə bəyanatı imzaladılar” - o bildirib.
Stefançukun sözlərinə görə, bəyanatda qeyd olunur ki, bütün bu ölkələr Ukraynanın yanındadır və ölkənin müdafiəsinə qalxacaqlar.
O əlavə edib ki, dünyanın müxtəlif ölkələrinin nümayəndələri Ukraynada sülhün bərqərar olması üçün qətiyyətli addımların atılmasını tələb edirlər. Məhz Ukraynanın hərbi və mülki müdafiəsini dəstəkləmək, hava məkanını qorumaq və Ukrayna ərazisində Rusiya texnikasının hərəkətini dayandırmaq tank və zenit silahların tədarükü ilə edilə bilər: “Humanitar yardım göstərin - atəşə tutulan və bombalanan Ukrayna şəhərlərinə ərzaq və dərmanların çatdırılmasını təmin edin; yaralıları və qaçqınları xilas edin. Bütün qonşu dövlətlər üçün təhlükə yaradan Ukrayna nüvə obyektlərini qoruyun. Rusiyanın Cenevrə Konvensiyaları ilə tələblərə əməl etmək məsuliyyətini dərk etməsi vacibdir”.