Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı Brüsseldə görüşəcək G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderlərinə videobağlantı vasitəsilə müraciət edəcək.
"Report" bildirir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
S.Nikiforov deyib ki, Zelenski yenidən G7 liderlərinə hərbi yardım çağırışı ilə müraciət etmək niyyətindədir: “Bu, bir neçə yolla edilə bilər. Ukrayna üzərində uçuşa qadağan zona yaratmaq, ölkəni güclü hava hücumundan müdafiə və aviasiya ilə təmin etmək”.
Nikiforov bildirib ki, Zelenski G7 liderləri ilə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi üçün yeni formatlar barədə sualları müzakirə etməyəcək: “Çünki G7 ölkələrinin əksəriyyəti NATO-nun üzvüdür. Lakin biz görürük ki, NATO və köhnə formatlar, BMT və digərləri çox yaxşı işləmir və yeni formatların axtarışı Ukrayna hakimiyyətinin prioritetlərindən biridir”.