Xəbər verdiyimiz kimi, Türkiyədə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantıda milli və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
İclasdan sonra verilən yazılı açıqlamada Ukraynanın suverenliyi və ərazi bütövlüyü nəzərə alınmaqla, müharibənin tez bir zamanda dayandırılması, atəşkəsin əldə edilməsi və iki ölkə arasındakı problemlərin sülh yoluyla həlli üçün səylərin artırılmasına çağırış edilib.
Həmçinin, Türkiyənin Qara dənizdə sülhün və sabitliyin qorunması üçün Montrö Konvensiyasının icrası da daxil olmaqla, öhdəliklərini yerinə yetirməklə yanaşı, vasitəçilik səylərini də davam etdirəcəyi bildirilib.
Bununla yanaşı, sənəddə Türkiyənin İraq, Liviya, Şərqi Aralıq dənizi, Balkanlar və Qafqazda sabitliyin yaradılması və qorunub saxlanmasında israrlı olması bir daha qeyd edilib.
**11:57
Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.
Təhlükəsizlik Şurasında Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və danışıqlarda yaranmış hazırkı durum nəzərdən keçiriləcək.
Həmçinin, Rusiya ilə Ukrayna arasnda davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə də fikir mübadiləsi aparılacaq.
FETO, PKK, "İŞİD" və digər terror qruplaşmalarına qarşı mübarizə də müzakirə ediləcək.