Britaniya Ukraynaya tank əleyhinə daha 6 min raket göndərəcək
Böyük Britaniya Ukraynaya daha 6 min ədəd silah göndərmək niyyətindədir.
 
TASS bildirir ki, Avropa İttifaqı, G7 və NATO-nun martın 24-25-də Brüsseldə keçiriləcək sammitləri ərəfəsində baş nazir Boris Consonun ofisinin yaydığı məlumatda belə deyilir.
 
Qeyd edilib ki, səfər zamanı hökumət başçısı Kiyevə yeni hərbi yardım paketini, o cümlədən tank əleyhinə raketlər də daxil olmaqla daha altı min raketin göndərilməsini elan edəcək. Böyük Britaniya artıq Ukraynaya 4000-dən çox “Javelin” və NLAW tank əleyhinə raket kompleksləri göndərib.
 
“Böyük Britaniya müttəfiqləri ilə birlikdə Ukraynaya hərbi və iqtisadi dəstəyi artıracaq”, - deyə sənəddə bildirilib.
 
London bundan əlavə, Ukrayna hərbçilərinə maaşların ödənilməsi üçün Krallığın Xarici İşlər Nazirliyinin münaqişə zonalarında sabitliyi və təhlükəsizliyi təmin etmək üçün xüsusi fondundan 25 milyon funt-sterlinq (təxminən 56 milyon manat - red.) ayırmaq niyyətindədir. BBC Yayım Korporasiyasının dünya xidməti Rusiya və Ukraynada “dezinformasiya”ya qarşı mübarizə üçün daha 4,1 milyon funt-sterlinq (təxminən 9,2 milyon manat – red.) alacaq. Böyük Britaniyanın Ukraynadakı hərbi əməliyyatları araşdırmağa başlayan Beynəlxalq Cinayət Məhkəməsinin maliyyələşdirilməsinə 1 milyon funt-sterlinq (təxminən 2,2 milyon manat - red.) ayıracağı da gözlənilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.