Sergey Şoyqu 13 gündən sonra üzə çıxdı və...
ERMƏNİ HƏMKARI İLƏ QARABAĞDAN DANIŞDI
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 13 gündən sonra üzə çıxıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, Prezident Vladimir Putinin Rusiya Təhlükəsizlik Şurasının bu gün keçirdiyi iclasında iştirak edib.
 
Kremlin sözçüsü Dmitri Peskov Şoyqunun Rusiya Prezidenti Vladimir Putinə əməliyyatlarla bağlı hesabat verdiyini bildirib. Onun sözlərinə görə, müdafiə naziri Ukraynadakı xüsusi hərbi əməliyyatın gedişi, humanitar yardımın çatdırılması və ərazilərdə infrastrukturun bərpası və təhlükəsizliyin təmin edilməsi barədə məlumat verib.
 
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə və xarici mediada Şoyqunun Ukraynadakı müharibə ilə əlaqədar vəzifəsindən kənarlaşdırılması barədə xəbərlər yayılmışdı. Bəziləri isə müdafiə nazirinin səhhətində problemlər olduğu qənaətində idi...
 
O da maraqlıdır ki, Sergey Şoyqu üzə çıxan kimi ermənistanlı həmkarı Suren Papikyanla da telefon əlaqəsi saxlayıb.
 
Rusiya Müdafiə Nazirliyinin bu barədə yaydığı məlumatda bildirilir ki, tərəflər regiondakı vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağda qarşılarına qoyulan tapşırıqların icrasını müzakirə ediblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.