“Münaqişənin tam olaraq həlli Rusiya, Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləcək etibarlı formula əsaslanmalıdır”.
APA bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin fövqəladə Zirvə toplantısından sonrakı mətbuat konfransında deyib.
O, qeyd edib ki, hər kəs, xüsusən də Avropa ölkələri qapısına gələn qaçqınlara dəstək olmalı, onların problemlərini yüngülləşdirmək üçün məsuliyyət daşımalıdır.
Ərdoğanın sözlərinə görə, NATO hazırkı müharibə şəraitində Ukraynaya siyasi və praktiki dəstəyini davam etdirməli, realist və strateji yanaşma ilə hərəkət etməlidir.
Bundan əlavə, Türkiyə Prezidenti NATO-da müttəfiqləri tərəfindən ölkəsinin müdafiə sənayesinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının Alyansın ümumi maraqlarına cavab verdiyini də vurğulayıb.