
Ötən gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Moskvaya rəsmi səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Görüş zamanı Peter Siyartonun qalstuku diqqət çəkib. Belə ki, onun qalstukunda xarıbülbül gülünün təsviri olub.
Bu məqam sosial şəbəkələrdə maraqla qarşılanıb.

