İstanbulda “taxıl dəhlizi sazişi” imzalandı - MƏRASİMDƏ TÜRKİYƏ PREZİDENTİ VƏ BMT-nin BAŞ KATİBİ İŞTİRAK EDİBLƏR

Cümə günü, iyulun 22-də İstanbulun Dolmabağça sarayında kənd təsərrüfatı məhsullarının Qara dəniz limanlarından təhlükəsiz daşınmasını bərpa etməyə imkan verəcək taxıl və ərzaq tədarükünə dair müqavilənin imzalanması mərasimi keçirilib.

 

Senzor.az “Anadolu”ya istinadən bildirir ki, taxıl tədarükü ilə bağlı sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanıb.

 

Mərasimdə çıxış edən Türkiyə Prezidenti mövzusu uzun müddətdir dünya gündəmində olan ərzaq böhranının aradan qaldırılmasına ölkəsinin töhfəsindən qürur duyduğunu bildirib.

 

“Ümid edirəm ki, bu gün İstanbulda Rusiya və Ukrayna tərəfləri ilə atdığımız birgə addım sülhə ümidi canlandıracaq yeni dönüş nöqtəsi olacaq”, - deyə Prezident bildirib.

 

Ərdoğan yaxın günlərdə Qara dənizdə yük daşımalarının bərpa ediləcəyini və bunun bir çox ölkənin ərzaq təhlükəsizliyinə müsbət təsir edəcəyini bildirib.

 

“Sazişlər bütün mərhələləri əhatə edir: gəmilərin yola salınmasından və təhlükəsiz daşınmasından tutmuş təyinat limanlarına çatmasına qədər”, - deyə siyasətçi izah edib.

 

“Bu son dərəcə mühüm planın reallaşması  və monitorinqi İstanbuldakı birgə Koordinasiya Mərkəzi vasitəsilə həyata keçiriləcək”, - Türkiyə lideri bildirib.

 

Xatırladaq ki, iyulun 13-də Türkiyə meqapolisində Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında Qara dənizin müharibə səbəbindən bloklanmış limanlarından taxıl və digər məhsulların tədarükü üzrə dördtərəfli görüş keçirilmişdi.

 

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar İstanbulda dörd tərəfin nümayəndələrinin yerləşəcəyi Koordinasiya Mərkəzinin yaradılmasında irəliləyişin əldə edildiyini açıqlayıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.