
İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.