Azərbaycan əsilli rusiyalı milyarder Portuqaliya vətəndaşlığı alır
ƏCDADLARININ 600 İL ƏVVƏL PİRENEY YARIMADASINDAN QOVULMASI BARƏDƏ RƏSMİ SƏNƏDİ VAR

Portuqaliyanın “Público” xəbər portalının məlumatına görə, iki rus oliqarxı “sakitcə” Portuqaliya vətəndaşlığını qəbul edib, daha ikisi isə lazımi sənədləri təqdim edib və öz növbələrini gözləyir.

 

Nəşrin yazdığına görə, bu yaxınlarda məlum olub ki, “Forbes” jurnalının siyahısında 1,2 milyard dollar sərvəti ilə yer alan rusiyalı oliqarx Andrey Rappoport 15-ci əsrdə Pireney yarımadasından qovulmuş Sefarad yəhudilərinin varisləri haqqında Qanundan yararlanıb və 30 dekabr 2019-cu ildə Portuqaliya vətəndaşlığı alıb. 

1963-cü ildə Ukraynada anadan olmuş Rappoport hazırda Londonda yaşayan Mixail Xodorkovski və adı Avropa İttifaqının sanksiyaları ilə üzləşmiş rusiyalı biznesmenlər siyahısına daxil edildikdən sonra istefaya getmək məcburiyyətində qalmış "Dia" supermarketlər şəbəkəsinin sahibi Mixail Fridman kimi Rusiya oliqarxlarının yaxın dostudur.

 

Rusiyanın ən böyük özəl banklarından birinə rəhbərlik edən və sonra enerji sektoruna keçən Andrey Rappoport Portodakı yəhudi icmasından aldığı mənşə sertifikatı əsasında Portuqaliya vətəndaşlığını alan ilk rus oliqarx olub. 

Portuqaliya vətəndaşlığı verilən ikinci rusiyalı milyarder Roman Abramoviçdir, görünür, o, iddiaçıların uzun növbəsindən “yan keçə” bilib. “Çelsi”nin keçmiş sahibi sona qədər Britaniya pasportu ala bilmədi, lakin 30 aprel 2021-ci ildə Abramoviçə verilən Portuqaliya vətəndaşının pasportu milyarderə dünyanın 116 ölkəsinə vizasız səfər etmək imkanı verib.

 

Bildirilir ki, daha iki rusiyalı oliqarx Qod Nisanov və Lev Levayev də Portuqaliya vətəndaşlığı üçün müraciət edib və onlar növbədədirlər. Qod Nisanov sənədlərini 26 iyun 2020-ci ildə, Lev Levayev isə həmin il noyabrın 6-da təqdim edib.

Hər ikisi Porto şəhərinin yəhudi icmasından əcdadlarının 600 il əvvəl Pireney yarımadasından qovulmuş Sefarad yəhudiləri olduğunu rəsmən təsdiqləyən sənədlər alıblar. 


Portal qeyd edir ki, Nisanovun adı Avropa İttifaqı və ABŞ-ın sanksiyalarına düşən rusiyalı oliqarxlar siyahısındadır. Azərbaycanın Quba şəhərindən olan Qod Nisanov Rusiyanın ən böyük iş adamlarından biridir, onun şəxsi sərvəti 4,3 milyard dollara çatır. 

Dünya Buxar Yəhudiləri Konqresinin lideri, İsrail və Rusiya vətəndaşı Lev (Levi) Levayevin də maliyyə vəsaiti ilə bağlı hər şey qaydasındadır. "Brilyantlar kralı" kimi tanınan bu iş adamı Afrikanın ən zəngin biznes xanımı İsabel Duş Santuşun və Anqolanın sabiq prezidenti Joze Eduardın qızı Duş Santuşun tərəfdaşı olub.

 

Lev Levayev Abramoviç və Rusiyanın baş ravvini Berl Lazarla dostdur və Putinə yaxın şəxs hesab olunur.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.