Türkiyə planlarını açıqladı: HƏLƏBDƏN MOSULA QƏDƏR YENİ TƏHLÜKƏSİZLİK ZONASI...
“SURİYANIN GƏLƏCƏYİNDƏ BƏŞƏR ƏSƏD AİLƏSİNDƏN DAHA ÇOX SÖZ SAHİBİYİK”

Türkiyə Milli Təhlükəsizlik Şurasının iyulun 21-də bir neçə saat davam edən iclasının əsas mövzularından biri də Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı yeni hərbi əməliyyatların aparılması məsələsi olub.

 

Senzor.az haqqin.az-a istinadən bildirir ki, bununla belə, görüşün yekunlarına dair kommünikedə planlaşdırılan əməliyyatla bağlı konkret məlumat verilməyib, mahiyyət bir cümlə ilə çatdırılıb: “Əməliyyatla bağlı məlumatlar təqdim edilib, görüləcək tədbirlər müzakirə olunub”. 

     Reuters Bəşər Əsəd ordusunun Türkiyə ilə sərhədə ağır silahlı hərbi bölüklərin yerləşdirildiyini əks etdirən yeni görüntülər yayıb

 

Qeyd edək ki, Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası Türkiyə, İran və Rusiya prezidentləri arasında Tehranda keçirilən danışıqlardan sonra baş tutub, hansı ki, orada İran və Rusiya Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatları ilə razılaşmadıqlarını bildiriblər. 

 

Bununla belə, Tehranda keçirilən sammitdən sonra PKK/YPG liderlərinin Türkiyə ilə sərhədlərdən 32 kilometr geri çəkildikləri və təmas xəttində nizami Suriya ordusunun hissələrinin öz yerlərini tutduqları barədə bəyanatına baxmayaraq, Ankara Suriyanın şimalına, xüsusilə İdlib kənd rayonlarına əlavə hərbi bölmələr göndərdi.

 

Britaniyanın Reuters agentliyinin bölgədəki müxbiri Bəşər Əsədin ordu hissələrinin ağır silahlar, zirehli texnika və “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə Türkiyə sərhədindən bir neçə kilometr aralıda yerləşdirildiyini əks etdirən yeni görüntülər yayıb. 

Suriya nizami ordusunun kapitanı Əli əl-Nasir Associated Press agentliyinə bildirib ki, onun xidmət etdiyi hərbi hissə Fərat çayının şərq sahilində, Türkiyə ilə sərhədə paralel mövqe tutub. Agentlik bildirir ki, Rusiya hərbi helikopterləri də bölgədə müntəzəm patrul uçuşları həyata keçirirlər.

 

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Ayxan Oğan “artıq Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zonası Türkiyəni qane etmir və o, Mosul və Hələb əyalətlərini əhatə etməklə yeni təhlükəsizlik zonası yarada bilər” deməklə Twitter-i sözün əsl mənasında partlatdı. 

   Ayxan Oğan

Ankaranın mövqeyindəki dəyişikliyi əsaslandıran Ayxan Oğan bir məqamı xüsusi vurğulayıb: “... dörd milyon suriyalı Türkiyənin himayəsi altında İdlibdə, daha iki milyonu isə Türkiyənin nəzarətində olan digər təhlükəsiz bölgələrdə yaşayır, hələ Türkiyəyə sığınan 3,7 milyon suriyalı qaçqını demirik. Yəni Suriyanın gələcəyində Bəşər Əsəd ailəsindən daha çox söz sahibiyik”.

 

Prezident Ərdoğanın baş məsləhətçisinin sözlərinə görə, qonşularla yaxşı münasibətlər qurmaq Türkiyənin xarici siyasətinin əsasını təşkil edir. Eyni zamanda, Türkiyənin öz vətəndaşlarının təhlükəsizliyinə zəmanət verməklə bağlı narahatlığını heç kim görməzlikdən gələ bilməz.

 

“Əgər Suriya sərhəddə təxribatlara əl atmağa davam edərsə, Türkiyə Hələbdən Mosula qədər yeni təhlükəsizlik xətti yaradacaq”, - Ayxan Oğan vurğulayıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.