
"Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı münasibətlərimizin normallaşma prosesini müzakirə etdik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.
O, Türkiyənin "qırmızı xətt"inin Azərbaycan olduğunu xatırladıb: "Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Bizim vətəndaşımız olan və vətəndaş olmağa razı olan ermənilər var".
Türkiyə lideri vurğulayıb ki, ölkəsi Ermənistandan ikitərəfli münasibətlərin normallaşması üçün konkret addımlar gözləyir.