Müsavat Partiyası sədrinin müşaviri həbs edildi
SƏBƏB?

Müsavat Partiyası sədrinin müşaviri Əlikram Xurşudov həbs edilib.

 

Sosial şəbəkələrdə onun iyulun 20-də Nazirlər Kabinetinin qarşısında keçirilmiş aksiyaya görə həbs edildiyi iddia olunub. Qeyd edilib ki, Ə.Xurşudov siyasi baxışlarına görə və aksiyada quru sərhədlərin bağlı qalmasına etiraz etdiyi üçün həbs edilib.

 

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov isə “Qafqazinfo”ya bildirib ki, bu iddialar həqiqəti əks etdirmir: “Əlikram Xurşudov dünən Səbail rayonunda ictimai qaydanı pozduğu üçün polis əməkdaşları tərəfindən intizama dəvət olunub. Lakin o, buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib. Buna görə də Əlikram Xurşudov barəsində inzibati protokol tərtib olunaraq Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib.

 

Bir daha qeyd edirik ki, Əlikram Xurşudovun həbsinin onun siyasi baxışları və 20 iyuldakı aksiya ilə heç bir bağlılığı yoxdur”.

 

Xatırladaq ki, Müsavat Partiyasının sədri Arif Hacılıdır. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.