
“M2 avtomobil yolunun Sünik rayonunun Tex və Kornidzor yaşayış məntəqələrindən keçən hissəsinin yenidən qurulması üzrə işlərə avqustda başlanacaq”.
Senzor.az bildirir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin saytında KİV-in sorğusuna cavab olaraq yerləşdirilmiş məlumatda belə deyilir.
Qeyd olunur ki, M2 yeni avtomobil yolu Laçın dəhlizindən yan keçməklə Xankəndini Ermənistanla birləşdirəcək və 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə əsasən Azərbaycanın nəzarətinə keçəcək Laçın şəhəri və Zabux kəndi ərazisindən keçən yolu əvəz edəcək.
Yeni yol Ermənistanın Sünik rayonunun Tex və Kornidzor yaşayış məntəqələrindən, eləcə də Azərbaycanın Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərindən keçəcək.
Senzor.az