Xalid Mehdiyev Nyu-Yorkda iranlı dissidentin evinin qarşısında avtomatla yaxalandı
SİFARİŞÇİ KİMDİR?

Bruklin şəhərində (Nyu-York) iranlı xanım dissident-jurnalistin evinin qarşısında AK-47 avtomatı ilə silahlanmış Azərbaycan vətəndaşı saxlanılıb. Inner City Press-in eksklüziv məlumatına görə, bir gün əvvəl, iyulun 29-da Nyu-Yorkun Cənub Dairə Məhkəməsi iki məhkəmə icraçısının müşayiəti ilə məhkəməyə gətirilən Azərbaycan vətəndaşı Xalid Mehdiyev barəsində həbs qərarı çıxarıb. Bildirilir ki, X.Mehdiyevin işi üzrə məhkəmə iclasları iki həftədən sonra keçiriləcək.

 

Senzor.az-ın haqqın.az-a istinadən məlumatına görə, ABŞ prokurorunun köməkçisi Metyu Xellman bildirib ki, Mehdiyev iranlı dissident və hüquq müdafiəçisinin evinin qarşısında - icarəyə götürdüyü Subaru Forester avtomobilindən ərazini izləyərkən həbs edilib. Mehdiyevin idarə etdiyi avtomobildən 1 ədəd AK-47 avtomatı, 66 ədəd patron və 1 ədəd dolu tapança aşkar edilib.

                    Məsih Əlinejad

Bildirilir ki, İslam Respublikasının xüsusi xidmət orqanlarının nümayəndələri artıq iranlı dissidenti qaçırmağa cəhd ediblər.

 

Prokuror köməkçisi onun adını çəkməsə də, yerli medianın yazdığına görə, o, 2021-ci ildə ABŞ kəşfiyyat orqanları tərəfindən oğurlanmasının qarşısı alınan iranlı jurnalist Məsih Əlinejaddan bəhs edir. 

 

Bir müddət əvvəl məhkəməyə Məsih Əlinejadın oğurlanmasını planlaşdıran İran xüsusi xidmət orqanlarının agentləri ilə bağlı cinayət işinin  materiallar daxil olub. Onlar Əlirza Şavəroqi Fərahani, Mahmud Hüseyn, Kiya Sadiqi və Omid Nuri idilər. Onların hamısı İran vətəndaşlarıdır. İslam Respublikasının digər təbəəsi Nilufər Bahadorifar bu əməliyyata maliyyə dəstəyi verməkdə ittiham olunur. 


Haqqin.az-ın məlumatına görə, Məsih Əlinejad tanınmış iranlı jurnalist, feminist və hüquq müdafiəçisidir. O, İran rejiminin kəskin tənqidçisidir və əvvəllər “Amerikanın Səsi” və “Azadlıq Radiosu” kimi tanınmış media orqanlarının farsdilli xidmətlərində çalışıb. Məsihin hüquq müdafiəçisi kimi fəaliyyəti bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.

2019-cu ildə Məsih Əlinejad ABŞ-ın ovaxtkı dövlət katibi Mayk Pompeo ilə görüşüb və onunla İran müxalifətinə artan dəstəyi, eləcə də İranda insan haqlarını pozan Tehran hakimiyyətinə təzyiq formalarını müzakirə edib.

Elə həmin il İran hakimiyyəti Əlinejadın ailə üzvlərini, o cümlədən qardaşı, bacısı və bacısının ərini həbs edib.

 

İran hakimiyyəti on ildir Əlinejada qarşı kampaniya aparır. Jurnalisti gözdən salmaq üçün hətta onun iştirakı ilə saxta seks videosu düzəldib Məsihin qoca, savadsız atasına göstəriblər, bundan sonra şoka düşən kişi 3 il qızı ilə danışmayıb.

 

Bundan əlavə, İran hakimiyyəti dəfələrlə Əlinejadın Britaniya kəşfiyyatının agenti olduğunu bəyan edib və onun adından Əlinejadın heç vaxt demədiyi sitatlar dərc edib.

 

Onu da qeyd edək ki, bu, İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını xaricdə terror əməliyyatlarında iştirak etmək üçün işə götürməsi ilə bağlı ilk hal deyil. Xatırladaq ki, ötən ilin sentyabrında Rusiyada yaşayan azərbaycanlı Orxan Əsədov İran xüsusi xidmət orqanlarının göstərişi ilə bir neçə İsrail əsilli iş adamını, o cümlədən milyarder Teddi Saqini öldürmək üçün Kiprə göndərilmişdi. Lakin Mossad-ın verdiyi məlumat sayəsində o, Kipr xüsusi xidmət orqanları tərəfindən saxlanıldı.

 

O.Əsədovun məhkəməsi bu gün də davam edir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.