
“Atom bombası əldə etmək üçün İranın bütün imkanları var, amma bu proqram gündəlikdə deyil”.
“Fars” agentliyi xəbər verir ki, bunu ölkənin vitse-prezidenti və Atom Enerjisi üzrə Təşkilatın sədri Məhəmməd İslami avqustun 1-də jurnalistlərə açıqlamasında deyib.
O, İranın nüvə silahı yaratmağa cəhd göstərməsi ilə bağlı fikirləri “yalan” adlandırıb.
M.İslami Atom Enrejisi üzrə Beynəlxalq Agentliklə İran arasında konstruktiv əməkdaşlığın mövcud olduğunu, bu istiqamətdə fasiləsiz fəaliyyət göstərdiklərini vurğulayıb.