
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə gələrkən görüntüsü yayımlanıb.
Senzor.az “Report”a istinadən həmin fotoları təqdim edir.
Qeyd edək ki, S.Müslümov vəzifədən azad edildikdən sonra ilk dəfədir görüntülənib.
Məhkəmə prosesinin ilk iclası isə hakimlərdən birinin koronavirusa yoluxması səbəbindən təxirə salınıb.
Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra o, səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
