Rusiya Təhlükəsizlik Şurası şokda – MEDVEDEVİN “VKONTAKTE”dəki SƏHİFƏSİ DAĞIDILDI
ADINDAN NƏLƏR YAZILDI?

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin “VKontakte”dəki səhifəsi dağıdlıb.

 

Məlumatı BBC yayıb.

 

Məlumata görə, keçmiş prezident, sədr müavini “VKontakte”dəki səhifəsində Rusiyanın yenidən bütövləşəcəyini vəd edib: “Bunadək heç vaxt mövcud olmamış Gürcüstan birləşəcək. Qazaxıstan isə süni dövlətdir, bu ölkənin ərazisində ilk dəfə ruslar məskunlaşıb. Qazaxıstan hakimiyyəti müxtəlif etnik qrupların respublika daxilində məskunlaşdırılması təşəbbüslərini həyata keçirməyə başladı ki, bu da rusların soyqırımı kimi qiymətləndirilə bilər. Ruslar ora gələnə qədər nizam-intizam olmayacaq”.

 

Bildirilib ki, D.Medvedevin adından status avqustun 2-də gecə saatlarında yayılıb. O deyib ki, suverenitetlərin paradı tezliklə bir daha keçirilməyəcək: “Sovet İttifaqının bütün xalqları yenidən bir yerdə dostluq və qarşılıqlı anlaşma şəraitində yaşaycaq. Bunun üçün nə gücümüzü, nə də vəsaitimizi əsirgəməyəcəyik. Kiyev və bütün Malorusiya (Ukraynanı nəzərdə tutur - red.) milliyyətçi bandalardan azad edildikdən sonra... Rus yenidən vahid, güclü və məğlubedilməz olacaq”...

 

Medvedevin köməkçisi Oleq Osipov vurğulayıb ki, sədr müavininin səhifəsi dağıdılıb və bəhs etdiyimiz qeyd dərc olunub: “Administrasiya sosial şəbəkə və qeydi ora yerləşdirənlə bağlı araşdırma aparacaq”.

 

Qeyd edək ki, Medvedevin adından yazılanlar bir müddətdən sonra silinib. Ancaq skrin-şotlar artıq dünya mediasını bəzəyir


Onu da xatırladaq ki, “VKontakte”də D.Medvedevin 2,2 milyon izləyicisi var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.