Ermənistan öz əsgərlərini Qarabağdan tələsik çıxarır
BƏS SEPARATÇILARIN QANUNSUZ SİLAHLI DƏSTƏLƏRİ?

İki il əvvəl Ermənistanda hərbi xidmətə çağırılan və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrdə xidmətə göndərilən erməni hərbçilər təcili olaraq vəzifələrindən azad edilirlər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan özünün “Facebook” hesabında yazıb.

 

Abramyanın sözlərinə görə, Ermənistandan Qarabağa çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında baş tutub.

 

Deputat qeyd edib ki, 44 günlük müharibədən sonra 2021-ci ilin qışında Ermənistandan Qarabağa çağırışçı  göndərilməyib. Abramyan vurğulayıb ki, 2 il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan ermənilərin Qarabağdakı son dəstələrinin Azərbaycanın tələbi ilə vaxtından əvvəl tərxisetməsi həyata keçirilir.

 

Haqqin.az xatırladır ki, bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistandan çağırışçıların Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinə xidmətə göndərilməyəcəyini söyləmişdi. Qriqoryan bildirmişdi ki, əvvəlki iki çağırışçılardan sonuncuların müddəti avqustda başa çatacaq və onlar tərxis olunaraq geri qayıdacaqlar. Söhbət hələ də Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrində xidmət edən Ermənistan vətəndaşlarından gedir.

 

Eyni zamanda Qriqoryan bəyan etmişdi ki, “Müdafiə Ordusu” adlanan qeyri-qanuni silahlı birləşmələr fəaliyyətini davam etdirəcək və “yerli çağırışçılar, o cümlədən müqavilə əsasında xidmət edənlər hesabına” komplektləşdiriləcək. Bu o deməkdir ki, Ermənistan formal olaraq öz ordusunun qalıqlarını Azərbaycan ərazisindən çıxardığını nümayiş etdirmək istəyir, əslində isə qeyri-qanuni silahlı birləşmələrin, o cümlədən muzdluların çıxarılmasına görə məsuliyyətdən yayınır.

 

Onu da qeyd edək ki, Prezident İlham Əliyev ilin ilk 6 ayının iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması məsələsinə toxunmuş və Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin Bakıya səfəri zamanı problemin tezliklə həlli ilə bağlı verdikləri vədin iyunun sonuna qədər yerinə yetirilmədiyini xatırlatmışdı.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.