Xırdalanda yaşayış binasında güclü partlayış - 4 NƏFƏR XƏSARƏT ALIB
YENİLƏNİB, VİDEO-FOTO

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbindən TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

 

Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

 

Hazırda onların vəziyyətləri ağır-sabitdir.

 

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

**22:38


Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

 

FHN-dən senzor.az-a verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

 

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

 

Digər məlumata görə, partlayışda iki nəfər xəsarət alıb. Yaralılar Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Əlavə məlumat veriləcək. 


**22:08


Xırdalanda yaşayış binasında güclü partlayış olub.

 

Senzor.az bildirir ki, ilkin versiyaya görə, hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.

 

Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.

 

Rəsmi açıqlama veriləcək.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.