
“Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O iddia edir ki, İrəvan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasının tərəfdarıdır.
N.Paşinyan həmçinin əlavə edib ki, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır.