Londondakı səfirliyimizə hücuma görə 8 nəfər saxlanıldı – AZƏRBAYCAN BAYRAĞI YERİNƏ QAYTARILIB

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə London polisi məlumat yayıb.

 

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

 

“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Dərhal hadisə yerinə gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, -deyə məlumatda qeyd olunur.

 

Qeyd edək ki, səfirliyə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan Azərbaycan Bayrağı da yenidən yerinə bərkidilib.

 

Artıq səfirlik də öz fəaliyyətini bərpa edib.

 

Britaniya KİV-i Azərbaycanın Londondakı səfirliyinə "The Mahdi Servants Union" (“Mehdinin xidmətçiləri ittifaqı”) radikal dini qruplaşması üzvlərinin hücum etdiyinə dair xəbər yayıb. Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xameneinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı Ayətullah Şirazini təqlid edir. Yaser əl-Həbib əslən küveytlidir, Londonda yaşayır. 

 

Onu da qeyd edək ki, qrup "Fədak" adlı peyk televiziyasını idarə edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.