Soçidə kritik Türkiyə-Rusiya danışıqları - PREZİDENTLƏR 4 SAATDA HANSI ORTAQ MƏXRƏCƏ GƏLDİLƏR?
YENİLƏNİB, VİDEO

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş 4 saatdan sonra başa çatıb.

 

Senzor.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

 

Rusiya və Türkiyə liderləri danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.

 

Bəyanatda qeyd olunub ki, Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq vacibdir.

 

"Qaldırılan məsələlər arasında Suriyada baş verən son hadisələr də var. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi qeyd edilib", - sənəddə vurğulanıb.

 

Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə iki lider arasında aparılan danışıqların yekunlarına əsasən bildirib ki, Türkiyəyə qaz tədarükü məsələsi də müzakirə edilib və prezidentlər qismən rublla ödəniş barədə razılığa gəliblər.

 

"Mühüm komponent, Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr həcmində qazın tədarükü oldu. Danışıqlar zamanı prezidentlər razılaşdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik", - deyə Novak vurğulayıb.

 

**16:48


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb.

 

Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşün mətbuata açıq keçirilən hissəsində rusiyalı Prezident taxıl dəhlizi, eləcə də Rusiya gübrəsinin tədarükü ilə bağlı razılaşmaların əldə olunmasında təşəbbüsünə görə R.T.Ərdoğana təşəkkürünü bildirib.

 

Eyni zamanda, R.T.Ərdoğan Rusiya ilə Türkiyənin münasibətlərdə yeni səhifə açacaqlarına ümidvar olduğunu bildirib.

 

Görüş zamanı liderlərin Türkiyənin Suriyadakı əməliyyatları, eləcə Türkiyədə inşası davam etdirilən "Akkuyu" atom elektrik stansiyasının inşası məsələsini müzakirə edəcəkləri bildirilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.