Prezident mesaj verdi: "QİSAS"ın DAVAMI GƏLƏ BİLƏR
ŞƏRH

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıb. Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. 

 

Ölkə rəhbəri əvvəllər də dəfələrlə bu barədə tənqidi fikirlərini səsləndirmişdi. Ən yüksək səviyyədə belə açıqlamaların verilməsi Azərbaycanın 10 noyabr tarixli sazişin icrasında israrlı olduğunu göstərir. Şübhəsiz ki, bu həm Ermənistana, həm də vasitəçi Rusiyaya mesajdır.   

Son günlər Qarabağda  baş verən hadisələr, o cümlədən Ermənistanın təxribatları terrorçuların bölgədəki sabitlik üçün təhdid olduğunu göstərir. Rusiya mütləq bunu görməli və lazımi tədbirlər görməlidir. Sülhməramlılar öz öhdəliklərini yerinə yetirərək qanunsuz erməni silahlı birləşmələrini ərazidən çıxarmalıdır. Rusiyanın bunu etməməsi tərəflər arasındakı etimad mühitinə zərbə ola bilər.

 

Ən yaxın zamanda azərbaycanlıların Qarabağa köçünün baş tutması gözlənilir. Orada erməni terrorçuların  mövcudluğu isə buna mane ola bilər. Deməli, terrorçuların ərazilərdə qalması heç bir halda bizim maraqlarımıza uyğun deyil. 

Prezident İlham Əliyev, həmçinin  diqqətə çatdırıb ki, bölgədəki gərginliyə görə Ermənistan məsuliyyət daşıyır. İrəvan mütləq bu mesajlardan dərs çıxarmalı, təxribatçı hərəkətlərini dayandırmalıdır. Əks halda "Qisas" əməliyyatının davamının gələcəyi istisna deyil. Biz BMT-nin dörd qətnaməsinin tələblərini yerinə yetirdiyimiz kimi, rus sülhməramlılarının işlərini də görə bilərik. Moskva da, İrəvan da başa düşür ki, bizim başqa yolumuz yoxdur. Birinci, öhdəliklərin yerinə yetirilməməsi, ikincisi isə qanunsuz   erməni hərbi birləşmələrinin davam edən provokasiyaları antiterror əməliyyatlarını zəruri edir.

 

Kənan Novruzov,  

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.