Daha bir erməni Prezident İlham Əliyevdən Azərbaycan vətəndaşlığı istədi
VİDEO, FOTO

Daha bir erməni - Vahe Qambaryan Azərbaycan vətəndaşı olmaq üçün Prezident İlham Əliyevə müraciət edib.

 

Senzor.az bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Kadrlarda V.Qambaryan Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığını almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunda olduğunu ifadə edib.

 

“Gələcəkdə Xankəndi şəhərində yaşamaq istəyirəm. Mən Azərbaycan xalqını sevirəm, hörmət edirəm və qiymətləndirirəm”, - deyə o, video-müraciətində bildirib.

Xatırladaq ki, bundan öncə öz sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal, bloger, ailəsilə müvəqqəti İstanbulda yaşayan İşxan Verdyan da Azərbaycan Respublikası vətəndaşlığının verilməsi xahişilə Prezident İlham Əliyevə müraciət etmişdi.

 

O da Xankəndi şəhərində yaşamaq niyyətində olduğunu vurğulamışdı.  

Yeri gəlmişkən, müraciəti onun Qarabağı həmişə Azərbaycan torpağı hesab etməsi və bunu beynəlxalq hüquqla əsaslandırması ilə başlayırdı: "Bu nöqteyi-nəzərimi ermənilərdən heç kim bir dəfə də təkzib etməyib, mənimlə bu mövzuda debata heç kim çıxmayıb, heç kim mənim səhvimi qanuni, hüquqi cəhətdən əsaslandıra bilməyib. Mən, sadəcə düşünürdüm, bir halda ki, Ermənistan sivilizasiya kursunu götürüb, o, artıq beynəlxalq hüquqa - daxil olmağa hazırlaşdığı birliyin hüququna hörmət etməyə başlamalıdır".

 

"Mən həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalıb  yaşayan ermənilər Azərbaycan vətəndaşlığını almalıdırlar... onlara göstərmək istəyirəm ki, orada ermənilər kimi tamamilə təhlükəsiz yaşamaq olar. Hətta yaşamaq gözəldir", - Verdyan qeyd etmişdi.

 

"Hörmətli, cənab Prezident! Mənə Azərbaycan vətəndaşlığı vermənizi, Xankəndidə yaşamağa və işləməyə icazə vermənizi xahiş edirəm”, - deyə  İşxan Verdyan vurğulamışdı.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.