
Krım yarımadası azad edilməyincə nə Qara dəniz, nə də Aralıq dənizi sahillərində sabit və uzunmüddətli sülh olmayacaq.
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində deyib.
Prezident qeyd edib ki, bu gün Krıma çox diqqət yetirilir və bu, doğrudur.
"Biz bundan heç vaxt vaz keçməyəcəyik. Biz heç vaxt unutmayacağıq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi məhz Krımın işğalı ilə başladı. Rusiya Avropanın ən yaxşı yerlərindən biri olan və olacaq yarımadamızı Avropanın ən təhlükəli yerlərindən birinə çevirdi”, - deyə Ukrayna lideri bildirib.
Zelenski vurğulayıb ki, “Rusiyanın Ukraynaya və bütün azad Avropaya qarşı bu müharibəsi Krımdan başlayıb və Krımın azad edilməsi ilə də bitməlidir!”.
Senzor.az