Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb
“TÜRK KÖKLÜ HƏMVƏTƏN”

Avqustun əvvəlindən Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Krım tatarlarına “türk köklü həmvətən” statusunu tanıyaraq onlara uzunmüddətli yaşama icazəsi verməyə başlayıb.

 

Senzor.az xatırladır ki, əvvəllər Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər bu statusa düşürdülər.

 

“Anadolu” agentliyinin Türkiyə Miqrasiya Xidmətinə istinadən verdiyi məlumata görə, Krım tatarlarına yaşayış icazəsi daxili işlər naziri Süleyman Soylunun adından 2022-ci ilin iyun ayından verilir.

 

Mövcud qanunvericiliyə görə, Türkiyədə yalnız səkkiz il davamlı olaraq ölkədə olan əcnəbilər uzunmüddətli yaşamaq icazəsi ala bilərlər. Bundan sonra Krım tatarlarından bu şərtin yerinə yetirilməsi tələb olunmayacaq.

 

Bu hüquqdan istifadə etmək istəyənlər “e-ikamet.goc.gov.tr” internet səhifəsində görüş üçün əvvəlcədən qeydiyyatdan keçərək zəruri sənədlərlə regional miqrasiya idarələrinə müraciət edə biləcəklər.

 

Rəsmi rəqəmlərə görə, Türkiyədə yaşayan əcnəbilərin yalnız 5 faizinin uzunmüddətli oturma icazəsi var.

 

Eyni zamanda, Türkiyədə yaşayan türk köklü əcnəbilərin 75 faizinin uzunmüddətli yaşayış icazəsi var.

 

Türkiyə bu günə kimi Ukrayna və Rusiya Federasiyası arasında müharibənin mənfi təsirini yaşamış türk köklü 4296 soydaşına yardım əlini uzadıb. Ukraynadan olan türk köklü 2804 soydaşımız, o cümlədən 409 Krım tatarı və 2395 Ahıska türkü Türkiyənin 5 vilayətində xüsusi mərkəzlərdə yerləşdirilib.

 

2002-ci ildən indiyədək 101 995 Ahıska türkü və 6 787 uyğur “türk köklü soydaş” statusuna malik şəxslər kateqoriyasına aid “müstəsna prosedur” müddəasına uyğun olaraq Türkiyə vətəndaşlığı alıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.