Suriyanın şimalında Türkiyəyə qarşı təxribat - SİLAHLI ETİRAZÇILAR SƏRHƏDİ KEÇMƏK İSTƏDİLƏR

Suriyanın şimalında, Türkiyənin təsir zonasında Ankaranın Əsəd rejiminə qarşı yeni siyasəti və xarici işlər naziri Mövlud Çavuşoğlunun Suriya müxalifətinin rəsmi Dəməşqlə barışmasının vacibliyi ilə bağlı açıqlamaları səbəbindən etirazlar artıb.

 

Senzor.az haqqin.az-a istinadən bildirir ki, avqustun 12-də Azez və Cerablus da daxil olmaqla bir sıra yaşayış məntəqələrində minlərlə suriyalı cümə namazından sonra küçələrə çıxıb. Bütün gecə davam edən etiraz aksiyalarının yatırılması üçün “Suriya Milli Ordusu”nun bölmələri tərəfindən görülən tədbirlər istənilən effekti verməyib. Etirazçıların öz-özünə təşkilatlanması “WhatsApp” sosial şəbəkəsinin qruplarında baş tutub, bundan sonra müxtəlif yerlərdə “Qatillə barışa yox!” şüarı altında nümayişlər başlayıb.

 

Aksiya iştirakçıları həmçinin “Hayqır, hayqır, eşitsin Türkiyə!”, “Qanım qiymətlidir, satılmaz!”, “Ey Vətən, sənin alovun belə bizim üçün cənnətdir!”, "Allah bizimlədir!" şüarları səsləndiriblər. Aksiya iştirakçıları türk və ərəb dillərində “Qardaşlıq sərhəd tanımır” və “Sərhədlər var” şüarları irəli sürüblər. 

 

Etirazçılar “Suriya Milli Ordusunun” bayraqları ilə küçələrə çıxıb, avtomobillərin təkərlərini yandırıblar. Cerablus bölgəsində cümə namazından sonra etirazçılar Qaziantepdəki Karkamış sərhəd keçid məntəqəsi qarşısında Türkiyə əleyhinə şüarlar səsləndirərək Türkiyə sərhədinə doğru yürüş ediblər. Daha sonra sərhədi keçərək Türkiyə ərazisinə daxil olmaq istəsələr də, Türkiyə Ordusu və “Suriya Milli Ordusu”nun müdaxiləsindən sonra geri dönüblər.

 

Nümayişçilərdən bəzilərinin Kalaşnikov avtomatı ilə silahlandığı, arabir atəş açıldığı bildirilir. 

 

Qaziantep valisi Davud Gül sosial media hesabında Türkiyə Silahlı Qüvvələrinin Cerabulusda bir neçə yüz nəfərin iştirak etdiyi etirazlara müdaxilə etmədiyini bildirib. Qeyd edib ki, etirazçılar "Suriya Milli Ordusu"nun qərargahına yaxınlaşanda havaya xəbərdarlıq atəşi açılıb. 

Öz növbəsində PKK/YPG terrorçuları ilə mübarizədə Türkiyənin müttəfiqi olan “Suriya Milli Ordusu” Türkiyə bayraqlarını yandıran etirazçıların hərəkətlərini qətiyyətlə pisləyib, günahkarların cəzalandırılacağını vəd edib.

 

“Türkiyə Cümhuriyyətinin bayrağı Suriya inqilabının bayrağı kimi qürur və zəfər simvolu, böyük bir xalqın atributudur. Bu bayraq qəhrəmanların başlarını, şəhidlərin cənazələrini örtməlidir. Qırmızı xətti keçən fəallara qarşı tədbirlər görüləcək”, - deyə məlumatda bildirilib.

 

Suriya müxalifətinin siyasi təşkilatı olan Beynəlxalq Müxalifət və İnqilabçı Qüvvələrin Koalisiyası da Türkiyəyə qarşı etirazları və türk bayrağının yandırılmasını pisləyən bəyanat yayıb.

 

“Suriya Milli Ordusu”nun Həmzə Xüsusi Təyinatlı Diviziyasının komandiri Seyf Əbuakr da öz səhifəsində bu etirazları və Türkiyə bayrağının yandırılmasını pisləyib. 

Qeyd edək ki, Azez bölgəsində cümə namazından sonra minlərlə suriyalı Türkiyə bayraqları ilə küçələrə çıxaraq Türkiyəyə dəstək ifadə ediblər.

 

Bu arada sosial şəbəkələrdə Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Suriya müxalifətini pisləyən sözləri sürətlə yayılmağa başlayıb. Soylunun müxalif qüvvələri, Hələbi və ölkənin cənubunu Əsədə təslim etməkdə və qaçmaqda ittiham etdiyi iddia edilir. Amma sonradan məlum olub ki, Soylu   belə şey deməyib və həmin sözləri sadəcə onun adından yayıblar. “Məlum oldu ki, mənim adımdan heç vaxt istifadə etmədiyim sözləri yayırlar. Bu təxribatın arxasında PKK/YPG, Suriya rejimi və təbii ki, təxribatçılar dayanır”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.