İrəvanda hər gün haranınsa minalanması xəbərdarlıqdır
“PAŞİNYANA SUİ-QƏSD OLA BİLƏR”

İrəvanın müxtəlif yerlərinin minalanması xəbərlərinin arxasında Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyən qüvvələr dayana bilər.

 

Senzor.az bildirir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq  Elxan Şahinoğlu Fasebook səhifəsində yazıb.

 

Siyasi şərhçi hesab edir ki, onlar - bomba qoyulması xəbərini yayanlar İrəvanda panika yaratmaqla Paşinyanın mövqelərini zəiflətməyi planlaşdırırlar. 

““Qarabağ klanı”nın timsalında radikal müxalifət Paşinyanı parlamentdə istefaya məcbur edə bilmədi. Radikal müxalifət aylarla küçə yürüşləri və mitinqlər keçirdi, yenə nəticə əldə etmədi. Ermənistan vətəndaşları radikal müxalifətə dəstək vermədi. Görünür, radikal müxalifətin daha radikal qanadı ən son üsula - terrora əl atıb. Metronun və hava limanının minalanması xəbərdarlıqlarından sonra Nikol Paşinyana qarşı sui-qəsdin həyata keçirilməsi də mümkündür. Metroda mina həyəcanı Paşinyana xəbərdarlıqdır. Nikol Paşinyan təhlükəsizliyinin artırılması barədə düşünməlidir", - deyə E. Şahinoğlu vurğulayıb.


Qeyd edək ki, son günlər Ermənistanın paytaxtı İrəvanın müxtəlif yerlərinə bomba qoyulması barədə xəbərlər yerli əhali arasında təşvişə səbəb olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.