“Sürməli” ilə Sumqayıt hadisələri arasındakı əlaqə: PARTLAYIŞIN PƏRDƏARXASINDA BU QÜVVƏ VAR
TƏHLİL

İrəvanda “Sürməli” ticarət mərkəzində baş verən partlayışdan sonra Ermənistanda anti-Rusiya meyilli qüvvələr aktivləşib. Xüsusilə sosial şəbəkələrdə Rusiya əleyhinə çağırış  edənlər baş verənlərdə bu ölkəni günahlandırırlar.

 

Ermənistan fövqaladə hallar naziri Armen Pambuxçyan açıqlamasında partlayışın terror aktı olmadığını bildirsə də, hadisədən qəzəblənən insanlar onun Kreml tərəfindən sifariş əsasında törədildiyini deyirlər.

 

“Sürməli”dəki hadisə Kremlin sifarişi ilə həyata keçirilib?

 

Partlayış anının videosuna baxsaq, bunun terror aktı olmadığı görünür. Lakin hadisənin məqsədli və planlı şəkildə təşkil edilməsi də reallıqdır. “Sürməli” ticarət mərkəzində baş verən partlayışın Rusiyanın təlimatı ilə reallaşdığını düşünmürəm. 

Əvvəla, ona görə ki, Kremlin indiki məqamda Ermənistanla münasibətləri korlamağa səbəbi yoxdur. Rusiya yaxşı başa düşür ki, Ermənistanla münasibətlərin pozulması rəsmi Moskvanın Cənubi Qafqazda təsir imkanlarını zəiflədəcək. Bu isə hər şeydən əvvəl Paşinyan və onu hakimiyyətə gətirən Qərbin maraqlarına uyğundur.

 

Təsadüfi deyil ki, artıq Kreml sosial şəbəkələrin erməni seqmentində “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasından ciddi narahat olub.

 

Hətta Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. "Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, - bəyanatda bildirilib. 

Notanın məğzindən də göründüyü kimi, Kreml baş verən hadisəyə görə özünün hədəf olaraq göstərilməsindən narahatdır. Yəni bu hadisəni Rusiya etsəydi, Kreml proses sonrası hadisələri nəzarətdə saxlayar və ya özü moderatorluq edərdi.

 

Sifarişçi Qərb, icraçı Ermənistandır!

 

Qəribə səslənsə də, “Sürməli”dəki hadisənin Paşinyan administrasiyası tərəfindən Qərbin sifarişi əsasında gerçəkləşdiyini düşünürəm. Məsələ ondadır ki, Qərb uzun müddətdir Ermənistanı, necə deyərlər, Rusiyanın episentrindən çıxarmağa çalışır. Bu istiqamətdə ən real addım isə Sorosun dəstəyi və inqilab yolu ilə Nikol Paşinyanı hakimiyyətə gətirmək oldu. Lakin bunun xaricində Qərb istəklərinə tam olaraq nail ola bilməyib.

  

“Sürməli”dəki hadisə isə hesab edirəm ki, bu günə qədər atılan ən radikal addımdır. Məqsəd də bəllidir. Qərb yaxşı başa düşür ki, 44 gülük müharibə və digər hadisələr sonrası Ermənistanda ciddi bir anti-Rusiya düşüncəsi hakimdir. Bu düşüncəni daha da qabartmaq lazımdır. “Sürməli”dəki hadisənin əsas məqsədi məhz budur. 

Hadisədən sonra sosial şəbəkələrdə qəzəbli kütlənin anti-Rusiya paylaşımları etməsi və Kremlin buna görə Ermənistana nota verməsi də prosesin istənildiyi kimi getdiyindən xəbər verir.

 

Prinsip etibarilə, ənənəvi erməni siyasəti üçün öz xalqına silah çəkmək ya da canına qəsd etmək ilk hal deyil. 19-cu əsrdən etibarən “Daşnaksütun”, “Xınçak” kimi ultramilliyyətçi erməni təşkilatları sözdə erməni maraqları naminə yeri gəldikdə öz soydaşlarına qarşı belə teraktlar keçirməkdən geri durmayıblar.

 

Yaxın tarixə nəzər salsaq, məlum Sumqayıt hadisələri də məhz bu ssenari ilə təşkil edilmişdi. Həmin olayların da pərdəarxasında məhz ermənilər dayanmışdı və öz soydaşlarına qarşı hücumlar təşkil edib müqəssir kimi azərbaycanlıları göstərmiş, beləcə Ermənistanda milliyyətçiliyi, Qarabağda isə seperatçılığı aktivləşdirmişdilər.

 

Bu mənada Sumqayıt hadisələri və “Sürməli”dəki hadisə arasında paralellik aparmaq olar. "Sürməli"dəki hadisənin də icraçısı məhz Ermənistan iqtidarıdır. Məqsəd, şübhəsiz, ölkə daxilində anti-Rusiya əhval-ruhiyyəsini artırmaq, onu mümkün olduğu dərəcədə radikallaşdırmaqdır!

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.