Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq

Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq. 

 

Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə belə deyilir.

 

Hökumətin qərar layihəsi hüquqi aktların dərci üçün vahid internet saytında yerləşdirilib. Təklif olunan dəyişikliklərə əsasən, avtomobillə sərhəd-keçid məntəqələrinin sayı artırılacaq.

 

O cümlədən, Ermənistan-Azərbaycan dövlət sərhədində buraxılış məntəqələrinin açılması təklif edilir. Layihədə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının Azərbaycan toponimləri də göstərilir: Bunlar Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Araz” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” keçid məntəqələri olacaq.

 

Sənədin əsaslandırılmasında qeyd edilir ki, layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.

 

Qeyd edək ki, avqustun 4-də baş naziri bəyan edib ki, Ermənistan Naxçıvanla Azərbaycan arasında rabitəni lap bu gün də təmin etməyə hazırdır.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.