Eynulla Fətullayevi Zabuxda amerikalı ilə səhv saldılar
ERMƏNİSTAN MEDİASINDA VƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏ AJİOTAJ

Azərbaycanlı jurnalist, haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevin Laçın və Zabuxa gözlənilməz səfəri Ermənistan mediasında və sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

 

Senzor.az bildirir ki, bu barədə haqqin.az özü yazıb.

 

Portal qeyd edir ki, anti-Azərbaycan əhval-ruhiyyəsinin gücləndiyi son günlərdə bu yaşayış məntəqələrinə Azərbaycandan kimsənin gəlməyə cəsarət edəcəyini çox az adam təsəvvür edə bilərdi: “Yazılanlara görə, ermənilər çaşqınlıq içində qalıblar ki, erməni köçünün ən qızğın çağında azərbaycanlı jurnalist Laçında və Zabuxada necə peyda olub?”

 

“Azatutyun radiosu” Eynulla Fətullayevin Zabuxa səfəri ilə bağlı ayrıca araşdırma dərc edib. Nəşrin əməkdaşları azərbaycanlı jurnalistin görüşdüyü kənd sakini Martiros Akopyanı tapıb ondan müsahibə götürüblər.

 

Akopyan özünə onunla haqq qazandırıb ki, Eynulla Fətullayev özünü beynəlxalq medianın müxbiri kimi təqdim edib.

“Bundan əlavə, Rusiya hərbçiləri sanki təşvişə düşmüşdülər, böyük bir mühafizə postu qurmuşdular, hər şeyə nəzarət edirdilər. Və biz düşündük ki, yəqin ingilis, amerikalı jurnalistlər gəlib. Ümumiyyətlə, o, ingilis dilində danışırdı, yəqin diqqətimizi yayındırmaq üçün ki, onun kim olduğunu bilməyək”, - Akopyan bildirib.

 

Martiros Akopyan əlavə edib ki, onun azərbaycanlı olduğunu yalnız Fətullayev gedəndən sonra bilib.

 

Nəşr buna cavab olaraq qeyd edir ki, Eynulla Fətullayev səfərini gizlətməyib və reportajı dərc etməzdən əvvəl Laçına səfəri ilə bağlı qısa mesaj və Zabuxdan foto paylaşaraq planını faktiki olaraq açıqlayıb.

 

Ermənistanın digər nəşri 168.am Qarabağdakı marionet rejimin nümayəndələrindən rəsmi şərh tələb edib. Bununla belə, “Dağlıq Qarabağ Təhlükəsizlik Şurası” rəhbərinin mətbuat katibi Qrayr Akopyan azərbaycanlı jurnalistin erməni yaşayış məntəqələrinə girməsi faktını tamamilə təkzib edərək, nəşrin bu barədə yazdıqlarını dezinformasiya adlandırıb.

 

…“Azatutyun radiosu” Eynulla Fətullayevin Laçın və Zabuxa səfəri mövzusunu davam  etdirərək vurğulayıb ki, Rusiya sülhməramlıları erməni mediasına bu icmalara girişi qadağan ediblər.

 

“Bu ərəfədə “Azatutyun radiosu”nun çəkiliş qrupu da Aqavnoya (Zabuxa) düşə bilməyib. Rusiya sülhməramlı missiyası KİV-lərdən  hansının girişinə icazə verildiyi və ya hansına qadağa qoyulduğu  barədə qərarın nəyə əsaslandığı haqda izah etmir”, - deyə nəşr vurğulayıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.