
Beynəlxalq Avrasiya Hərəkatının sədri, ictimai-siyasi xadim və politoloq Aleksandr Duqinin qızı - “United World International”ın baş redaktoru Darya Duqinanın “Toyota Land Cruiser Prado” markalı avtomobili partladılıb.
Senzor.az bildirir ki, hadisə Moskva vilayətində baş verib və Darya hadisə yerində keçinib.
“112” teleqram kanalı xəbər verir ki, qəzanın baş verməsinə səbəb kimi qaz balonunun və ya əldəqayırma partlayıcı qurğunun partlaması göstərilir. 
“Mash” kanalı isə bildirib ki, Daryanın olduğu avtomobil yeri vaxtla saat 21:35-də partlayıb, daha sonra yoldan çıxaraq binaya çırpılıb. Hadisə yerinə Aleksandr Duqin də gəlib.
Duqinlər fəxri qonaq kimi dəvət olunduqları Zaxarova malikanəsində keçirilən "Ənənə" ailə festivalından qayıdırmışlar.
Mətbuat onu da yazır ki, maşında Duqinin özü olmalı imiş, amma o, son anda başqa maşına minib. Ekspertlər bunu nəzərə alaraq iddia edirlər ki, terakt məhz ona qarşı təşkil olunubmuş.
Onu da qeyd edək ki, Qərbdə A.Duqini Rusiya rəhbərliyinə ciddi təsiri olan “rus dünyası”nın əsas ideoloqu hesab edirlər.
