
Türkiyənin ağır yol qəzası baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə avqustun 20-si axşam saatlarında Mardinin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyasının yaxınlığında qeydə alınıb.
Əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçilərinə və vətəndaşlara çırpılıb.
Qəzadan sonra Mardinə gedən daxili işlər naziri Süleyman Soylu jurnalistlərə deyib ki, qəza nəticəsində ölənlərin sayı 20-yə yüksəlib. Ölənlərdən biri polis əməkdaşıdır. Yaralılardan 26-sının müalicəsi davam edir. Hadisə hərtərəfli araşdırılacaq.
Hadisəyə səbəb olmaqda şübhəli bilinən iki sürücünün nəzarət altına alındığını qeyd edən nazir onların da qəza zamanı xəsarət aldıqlarını və hazırda xəstəxanada olduqlarını bildirib.
