FTX Duqinanın qətlinin üstünü açdığını bəyan etdi - QATİL RUSİYANI TƏRK EDİB, AXTARIŞA VERİLƏCƏK
FOTO

Tanınmış filosof və ictimai xadim Aleksandr Duqinin qızı, jurnalist və politoloq Darya Duqinanın qətlinin üstü açılıb.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

 

FTX-nın məlumatına görə, jurnalistin qətlini 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Vovk törədib. Hadisədən sonra o, Estoniyaya gedib.

 

İstintaq materiallarına əsasən, Natalya Vovk bu ilin iyulunda qızı Sofiya Şaban ilə birlikdə Rusiyaya gəlib. Hadisə günü Vovk Aleksandr Duqin və qızı Darya Duqinanın da iştirak etdikləri festivalda olub. Duqinanın “Toyota Land Cruiser Prado” markalı avtomobilinə yerləşdirilmiş uzaqdan idarə olunan partlayıcı qurğunu işə salandan sonra Natalya Vovkun qızı ilə birlikdə Pskov vilayətindən keçərək Estoniyaya getdiyi bildirilir.

 

Təhqiqat materialları Rusiya İstintaq Komitəsinə verilib.

 

Xatırladaq ki, avqustun 20-də axşam tanınmış filosof və ictimai xadim Aleksandr Duqinin qızı, jurnalist və politoloq Darya Duqinanın avtomobili Moskva vilayətində yolda hərəkətdə olarkən partlayıb. Partlayışdan sonra baş verən yanğın nəticəsində avtomobil yararsız hala düşüb. Sükan arxasında olan Darya Duqina həlak olub.

 

Darya Duqina atasının rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Hərəkatının siyasi şərhçisi idi.

 

Onu da xatırladaq ki, dünən gecə haqqında söhbət gedən teraktın məsuliyyətini Rusiya Milli Respublika Ordusu (MRO) adlı qrup öz üzərinə götürüb.

 

Bununla bağlı You Tube sosial şəbəkəsindəki “Utro fevralya” kanalı məlumat yayıb.

Bildirilib ki, son aylar Rusiyadakı yanğınları da “Rusiya partizanları” törədib.

 

Videoda Darya Duqinanın Ukraynadakı qətliamlara haqq qazandırdığını əks etdirən çıxışlarına da yer verilib.

 

Maraqlıdır ki, FTX-nın məlumatında həmin qrup haqqında heç nə deyilmir. 

 

Daha bir maraqlı məqam. Rusiyanın hüquq-mühafizə orqanları Natalya Vovkun ekstradisiyası üçün axtarışa veriləcəyini bildiriblər. Bu işi asanlaşdırmaq üçün artıq onun vəsiqəsinin şəkli də dərc olunub. 

Necə də tez və operativ işləyirlər. Hətta adamın inanmağı gəlmir. Kaş Rusiyadakı digər siyasi qətllərlə bağlı da belə olaydı...

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.