Ərdoğan xalqa müraciət etdi
“DAXİLİ VƏ XARİCİ SİYASƏTDƏ MƏQSƏDİMİZ...”

Türkiyənin ehtiyacı faiz artırmaq deyil, investisiyaları, məşğulluğu, istehsalı, ixracatı və cari əməliyyatlar balansını artırmaqdır. Vətəndaşlarımızdan və iş dünyasından yeganə xahişim öz ölkələrinə və eyni zamanda öz pullarına güvənmələridir.

 

Senzor.az bildirir ki, bunları Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin 2 saat 45 dəqiqə davam edən növbəti iclasından sonra xalqa müraciətində deyib.

 

Çıxışının əvvəlində Qaziantep və Mardin bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzalarında həlak olanlara görə başsağlığı verən Türkiyə dövlətinin başçısı deyib ki, belə halların bir daha təkrarlanmaması üçün bütün sahələrdə, xüsusən də yol hərəkəti və nəqliyyat vasitələrinin təhlükəsizliyində lazımi tədbirlər sürətlə həyata keçiriləcək.

 

Ölkənin xarici siyasəti və əldə edilən nəticələrdən danışan dövlət başçısı deyib ki, məqsəd Rusiya və Ukrayna prezidentlərini Türkiyədə bir araya gətirib böhranı kökündən həll etməkdir.

 

Ərdoğan taxıl dəhlizinin bütün dünya üçün əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, Qara dəniz limanlarından tədarükün bərpası sayəsində dünya əhalisinin demək olar ki, 30%-i yenidən bu bölgədən ərzaq məhsulları əldə edib.


Hökumətin qəbul etdiyi qərarlar barədə ictimaiyyətə geniş məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, kənd təsərrüfatı məhsullarının tədarükü və bazar qiymətlərinin tənzimlənməsini, növbəti tədris ilinə aid tədbir və yenilikləri diqqətə çatdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.