Ərdoğan bir daha bəyan etdi: TÜRKİYƏ KRIMIN İLHAQINI TANIMIR
“UKRAYNAYA QAYTARILMALIDIR”

“Türkiyə Krımın ilhaqını tanımır, ilk gündən bu addımın qeyri-qanuni və hüquqdankənar olduğunu müdafiə edir”.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması” sammitinə video müraciətində bəyan edib.

 

O, platformanı düzgün hesab etdiklərini və onu dəstəklədiklərini bildirib.

“Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir”, - deyə Türkiyə lideri  əlavə edib.

 

Dövlət başçısının sözlərinə görə, Krım tatarlarının təhlükəsizliyi də Türkiyənin prioritetləri sırasındadır.

 

“Keçən il Kiyevdə platformanın birinci zirvə toplantısına qatıldıqdan sonra saxlanılan Krım tatarlarının Birinci Məclisi sədrinin müavininin və onun dostlarının ən qısa zamanda evlərinə qayıdacağına ümid edirəm”, - deyə R.T.Ərdoğan vurğulayıb.

 

Türkiyə lideri onu da xüsusi qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ikincinin ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli sülhlə başa çatmalıdır: “Biz hesab edirik ki, fevralın 24-dən davam edən müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan ədalətli sülhlə başa çatmalıdır. Türkiyə bu məqsədə çatmaq,  diplomatik kanal yaratmaq üçün fövqəladə səylər göstərib. Bu məsələdə əhəmiyyətli nailiyyətlərimiz var, xüsusən də Antalyada xarici işlər nazirlərinin görüşünü, İstanbulda danışıqları və “taxıl dəhlizi”nin işə salınmasını qeyd edə bilərik”.

 

Xatırladaq ki, 2021-ci ildə Ukrayna Prezidenti tərəfindən əsası qoyulmuş “Krım platforması” yarımada ilə bağlı bütün məsələlərin strukturlaşdırılması üçün məşvərət və kommunikasıya formatıdır.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.