Xankəndi küçələrində 100 metrlik Rusiya bayrağı ilə aksiya - SÜLHMƏRAMLILARDAN NARAZILIĞIN ARDINCA

Dünən Xankəndidə minlərlə sakin küçələrə çıxıb və 100 metrlik Rusiya bayrağı ilə yürüş keçirib.

 

Haqqin.az  xəbər verir ki, erməni KİV-in məlumatına görə, aksiya şəhər sakinləri tərəfindən təşkil olunub və Xankəndidə ən böyük Rusiyameyilli mitinq olub.

 

Qeyd edək ki, Rusiya bayrağı ilə aksiya Ermənistanda rusiyalı sülhməramlılarına qarşı artan etirazların fonunda keçirilib. Etirazlar Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra genişlənib.

 

Həmin vaxt Xankəndidə anti-Rusiya mitinqləri keçirilmiş, iştirakçılar Rusiya sülhməramlılarını öz vəzifələrini yerinə yetirməməkdə ittiham etmişdilər. Analoji mitinqlər İrəvanda da Qarabağda fransalı sülhməramlıların yerləşdirilməsi tələbi ilə keçirilmişdi.

 

Avqustun 21-də Xankəndidə daha bir aksiya keçirilmiş, rusiyalı sülhməramlılar tənqid olunmuşdu. Onun təşkilatçısı qismində yerli partiyaların birinin lideri Artur Osipyan çıxış etmişdi. Yüzlərlə tərəfdarı qarşısında çıxış edən Osipyan bəyan etmişdi ki, sülhməramlıların hərəkətləri Rusiyanın maraqlarına ziddir. 

Ötən gün “parlament”in fraksiya liderləri Xankəndidə Rusiya sülhməramlılarının komandanı Aleksandr Volkovla görüşüblər. Görüş zamanı Volkov iştirakçıları inandırıb ki, gələcəkdə 5 kilometrlik təhlükəsizlik zonası ilə əhatə olunacaq yeni yol Laçın dəhlizi ilə eyni statusa malik olacaq. O da bildirilib ki, Xankəndini Ermənistanla birləşdirən 32 kilomeytrlik yeni yolda Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək.
 

Rusiya sülhməramlı kontingenti komandanlığının nümayəndələri avqust hadisələri ilə bağlı lazımi nəticələr çıxardıqlarını qeyd edərək, gələcəkdə bu cür halların qarşısının alınması üçün əlavə səylər göstərəcəklərinə və Qarabağdakı ermənilərin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəklərinə söz veriblər. 


Bütün bunları nəzərə alaraq, Rusiya bayrağı ilə keçirilən aksiyanın arxasında adi sakinlərin durduğu heç cür inandırıcı görünmür...

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.