
Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.
Senzor.az bildirir ki, bunu Prezident İlham Əliyev rəsmi "Twitter" hesabında etdiyi paylaşımda yazıb.
Paylaşımda deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
Yaşasın Laçın!
Yaşasın Azərbaycan!"
