İlham Əliyevin köməkçisi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi haqda
BRÜSSEL GÖRÜŞÜNDƏ NƏLƏR MÜZAKİRƏ OLUNACAQ?

Bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı İşçi qrupunun təşkili razılaşdırılacaq.

 

Senzor.az bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxış edərkən deyib. 

H.Hacıyev xatırladıb ki, Azərbaycan Ermənistanla əbədi sülhə hazır olduğunu bildirib: “Çünki yalnız iki yol var - əbədi sülh və ya əbədi müharibə”.

 

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Xankəndinin azad edilməsinə çox yaxın olub: “Amma bunun həm də ordu ilə mülki şəxslər arasında qarşıdurma olacağını başa düşən ölkə rəhbərliyi bunu etməmək qərarına gəlib”.

 

H.Hacıyev azərbaycanlılarla Qarabağ ermənilərinin bir ölkənin vətəndaşı kimi dinc yanaşı yaşamasının mümkünlüyünü də vurğulayıb: “İndi bu, Azərbaycanın daxili məsələsidir. 

 

Yeri gəlmişkən, o, mövcud məsələlərin həlli üçün vasitəçi kimi Minsk qrupuna müraciət etməyə çalışanlara mesaj da göndərib: “Həm bu qrup, həm də vasitəçinin tələb olunduğu beynəlxalq problem yoxdur”.

 

Daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu da xatırladan Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər.

 

Xatırladaq ki, Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilir.

 

Konfransda 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi attaşe iştirak edir.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.