
Avqustun son günləri proseslərə bir dinamika gətirdi: Laçın rayonunun işğaldan azad olunmasından sonra - avqustun 29-da Moskvada Azərbaycan və Ermənistan dövlət komissiyalarının sərhədlərin delimitasiyası ilə bağlı görüşü keçiriləcək, iki gündən sonra isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə arasında yekun sülh sazişinin işlənib hazırlanmasının müzakirəsini davam etdirəcəklər.
Qarabağda sülhün əldə olunması perspektivi necə görünür?
Haqqin.az portalının rəhbəri, araşdırmaçı jurnalist Eynulla Fətullayevin canlı yayımdakı bugünkü qonağı - tanınmış erməni jurnalisti Mark Qriqoryan Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivlərinə dair baxışlarını açıqlayır.
Senzor.az "Eynulla Fətullayevin söhbətləri" silsiləsindən həmin müsahibənin videosunu oxucularına təqdim edir: