Keçmiş həmsədrlərin demarşı... YAXUD ABŞ VƏ FRANSA SƏFİRLƏRİ ŞUŞADAKI KONFRANSA NİYƏ QATILMADILAR?
REAL TV-DƏN REAL BAXIŞ; VİDEO

Mədəniyyət paytaxtımız Şuşada diplomatik korpus nümayəndələrinin iştirakı ilə baş tutan beynəlxalq konfrans müzakirə mövzularına görə olduqca diqqətçəkəndir. Bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları, şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda 160-dan çox diplomat və hərbi attaşe iştirak etsə də, nədənsə ABŞ və Fransa nümayəndələri bu səfərə qatılmaqdan imtina ediblər. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev adıçəkilən ölkələrin səfirlərinin Azərbaycanın dəvətinə açıq şəkildə etinasızlıq göstərmələrini ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik adlandırıb.

 

Bu məqamda xatırlatmaq yerinə düşərdi ki, avqustun 25-də ABŞ dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin etdi. Bununla dövlət katibi guya ölkəsinin Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə sadiq qaldığını göstərsə də, əslində anlaşılan hər zamankı kimi bu dəfə də Qərbin ikili standartlardan çıxış edərək işğalçı Ermənistanın yanında dayanmağı seçdiyidir. Ekspertlərin qənaətinə görə, ABŞ və Fransa hələ də postmünaqişə reallığını qəbul etməyə hazır deyillər.

 

Fransa hakimiyyətinin Ermənistan sevdası hər kəsə məlum olsa da, zaman-zaman ABŞ-ın da rəsmi İrəvanı dəstəkləyən qeyri-adekvat bəyanatlarının şahidi oluruq. Birləşmiş Ştatların kilometrlərlə uzaqdan Cənubi Qafqazdakı məsələlərə müdaxilə cəhdləri, hələ üstəlik Azərbaycan-Ermənistan münasibətlərinin həllində vasitəçilik missiyasını öz üzərinə götürmək istəyi yenidən ölkəmizə qarşı ikili standartları gündəmə gətirir. Məlumdur ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

 

Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə isə prezident Cozef Baydenin dəfələrlə ölkəsinin Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edəcəyini söyləməsi, əvəzində Şuşada baş tutan mötəbər tədbirdə nümayəndə heyətinin iştirak etməməsi münasibətləri keyfiyyətcə yeni mərhələyə daşımağa imkan verəcək desək, bəlkə də yanılmarıq.

 

Məsələyə sadalağımız aspektlərdən yanaşsaq, əslində ABŞ və Fransa nümayəndələrinin Şuşadakı beynəlxalq konfransa qatılıb-qatılmamağı heç bir önəm kəsb etmir. Ona görə ki, bölgədə gedən proses Azərbaycanın siyasi və hərbi gücü nəticəsində formalaşır və ölkəmiz uğurla hədəflərinə doğru addımlayır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.