General Kulakov artıq Xocalıdadır - AZƏRBAYCANIN GÖNDƏRDİYİ 40 TON UNU XANKƏNDİYƏ BURAXMAĞI TƏKLİF ETDİ, AMMA...

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Kirill Kulakov artıq vəzifəsinin icrasına başladığı Xocalıya gəlib. 

 

Senzor.az bildirir ki, bu barədə haqqin.az portalı məlumat yayıb.

 

Amma maraqlıdır ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu rotasiya ilə bağlı hələ rəsmi açıqlama yaymayıb.

 

Beləliklə, ötən həftə Ermənistan Teleqram kanallarında 2023-cü il aprelin 26-dan Qarabağda sülhməramlı qüvvələrə komandanlıq edən Rusiya Quru Qoşunları komandanının müavini, general-polkovnik Aleksandr Lentsovun geri çağırılacağı və onun yerinə Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi general Kirill Kulakovun təyin olunacağı barədə məlumatlar öz təsdiqini tapıb.

Yeri gəlmişkən, avqustun 30-da Xankəndidə erməni jurnalistlər üçün keçirilən mətbuat konfransında özünü "parlamentin spikeri" adlandıran daşnak David İşxanyan da təsdiq edib ki, sülhməramlıların komandanı dəyişib və artıq neçə gündür ki, öz vəzifəsi icra edir


İşxanyanın sözlərinə görə, general Kulakov Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Xankəndiyə göndərilən humanitar yükün buraxılmasını təklif edib.

 

İşxanyanın sözlərinə görə, ruslarla danışıqlar Azərbaycanın göndərdiyi yük karvanı Əsgəranda Rusiya sülhməramlı qüvvələrinin postuna yaxınlaşdıqdan sonra başlayıb. Lakin general-mayor Kirill Kulakovun yükün Xankəndiyə buraxılması təklifi qəbul edilməyib və danışıqlar nəticəsiz başa çatıb.

İşxanyan qeyd edib ki, Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı Qarabağa “təzəlikcə gəlib” və hələ daxili vəziyyətlə tanış deyil: "Ancaq Rusiya kontingentinin komandanlığında olan digər şəxslər vəziyyəti yaxşı bilirlər, onların bizim və Azərbaycan tərəfinin yanaşması barədə təsəvvürləri var".


Portal xatırladır ki, Əsgəran postunda olan Rusiya sülhməramlıları əvvəlcə Azərbaycanın göndərdiyi unun keyfiyyət sertifikatını tələb etmişdilər. Bu sənədi təqdim edəndə bildirmişdilər ki, yükün keçirilməsi məsələsi ilə bağlı gözləmək lazımdır.

 

Amma bir müddət sonra erməni radikalları Ağdam-Əsgəran yoluna beton bloklar və tikanlı məftillər döşəyərək rus sülhməramlılarına Azərbaycandan gələn yükləri buraxmayacaqlarını bildiriblər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.