…“Böyük” cahiliyyə Böyük Çingiz Abdullayevə qarşı - MİR ŞAHİN XALQ YAZIÇISININ ÖLKƏDƏN GETMƏK FİKRİNİN ƏLEYHİNƏ ÇIXDI
“MEYDANI BU ŞƏBƏKƏ ƏBLƏHLƏRİNƏ BURAXMAQ OLMAZ!”

Məlum olduğu kimi, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev ölkəni tərk etmək istədiyini bildirib.

 

Senzor.az xatırladır ki, tanınmış yazıçı bu barədə Facebook hesabında yazıb.

 

Ç.Abdullayev sosial şəbəkələrdə ona qarşı olan hucumlardan boğaza yığıldığını bildirib: “Bu axmaq hücumlardan bezmişəm, “axmaqlar” yazsam, inciyəcəklər, “fərsizlər” desəm, daha çox inciyəcəklər”.  

Məşhur detektivlər müəllifi sonra əlavə edib: "Birliyimizin katibi mənə deyir: "Bu, bir tendensiyadır. Deməli, sizin haqqınızda xəbiscəsinə yazırlar ki, özlərini əhəmiyyətli hiss etsinlər və ya göstərsinlər. Başqa cür alındıra bilmirlər. Və sizin fonunuzda onlar da əhəmiyyətli olurlar" . Ola bilsin ki, belədir. Ancaq mən daha bezmişəm. Bəlkə, doğurdan da getmək vaxtıdır? Bu, məni çox incidir. Bura mənim ölkəm və şəhərimdir. Amma məni hətta bu şəhərin ləhcəsində danışdığım üçün də qınayırlar. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!” 

 

Ç.Abdullayevin bu qeydləri böyük müzakirələrə səbəb olub. Məsələyə Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, məşhur jurnalist Mir Şahin Ağayev də münasibət bildirib. Onun elə həmin Facebook vasitəsilə paylaşdığı və həmişə olduğu kimi orijinallığı və yanaşma tərzi ilə seçilən qeydlərini olduğu kimi təqdim edirik: 

 

-…“Böyük” cahiliyyə Böyük Çingiz Abdullayevə qarşı! Əslində qanunauyğunluqdur! Belə də olmalıydı. Vaxtında Çingiz Abdullayev (elə onun kimi başqaları da)  qaragüruhun hücumuna məruz qalan düşüncə sarbanlarını müdafiə etməkdən çəkinməməli, “qoy abırımı qoruyum” deməməli, var gücü ilə savaşmalı, “Qara” qələm Güruhuna yerini göstərməli idi.  


Çingiz müəllim yenə də səhv yoldadır. Öz ölkəsini buraxıb harasa getmək haqqında yox, kirdən qartmaq bağlamış cahiliyyəni necə susdurmaq, hər şeyi və hər kəsi adı ilə çağırmaq barəsində fikirləşməlidir. 

 

İoneskunun “Kərgədan”ını oxuyun,  Çingiz müəllim! Mütləq oxuyun! Sizə və Bizə hücum edənlər haqqındadır! Əsərin sonu çox dəhşətlidir. Vuruşun! Qalib gəlin! Ordudan qaçmağı, total məğlubiyyəti aşılayanları, övladına əsgərliyə getməməyi təlqin edənləri, Böyük Azərbaycan mədəniyyətini, söz azadlığını, gerçək şeir və əsl nəsri gözdən salanları, uğura və uğurlulara paxıllıq edən uğursuzları açıq döyüşdə məğlub etmək lazımdır, meydanı bu şəbəkə əbləhlərinə buraxmaq haqqında düşünmək yox! 


Çingiz Abdullayev addır! Onlar bu adı, belə adları batırmaq, bulaşdırmaq istəyirlər!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.