Rusiyanın Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR... - BAKI ONU NİYƏ BURAXIR?

Rusiya Qarabağ erməniləri üçün ərzaq dolu TIR göndərib. İndiki məqamda bu, mühüm və müsbət bir addımdır.

 

Birincisi, təşəbbüs Rusiya hökumətindən gəlsə də Azərbaycan ilə müvafiq danışıqlar aparıldıqdan sonra icazə verilib. Müqayisə üçün deyim ki, nə Ermənistan, nə də Fransa Qarabağ erməniləri üçün ərzaq dolu TIR-lar göndərərkən bənzər icazəni almamış, buna görə də rəsmi Bakı həmin TIR-ların Azərbaycana girişinə icəzə verməmişdi.

 

İkincisi, Rusiyanın göndərdiyi TIR Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən Xankəndiyə gedir.

 

Yəni Rusiya bu yardımı təkcə Azərbaycan qanunvericiliyinə deyil, həm də əməkdaşlıq memorandumuna əsasən edir. 

 

Üçüncüsü, Rusiyanın göndərdiyi TIR Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılacaq. Bu rəsmi Bakının başından bəri irəli sürdüyü əsas şərt idi. Yəni humanitar yüklər Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə çatdırıla bilər.

 

Fransa və Ermənistan da Azərbaycana müraciət edəcəkləri təqdirdə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə humanitar yükləri Xankəndiyə göndərə bilərlər.

 

Bu hadisə ermənilərin blokada iddialarını çürütdüyü kimi, Bakının verdiyi sözlərə sadiq olduğunu bir daha sübut edir. 

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.