Ermənistan-Xorvatiya matçında kütləvi dava... - AFFA TƏXRİBATLA BAĞLI UEFA-ya MÜRACİƏT EDƏCƏK
VİDEO

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya oyununda daha bir insident yaşanıb.

 

Belə ki, tribunalara toplaşmış azarkeşlər arasında dava düşüb. Erməni fanatlar əsl “qonaqpərvərlik” göstərərək, xorvat azarkeşlərə hücum ediblər. 

Erməni mətbuatının məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. O, arenadan çıxarılaraq xəstəxanaya aparılıb.

 

Senzor.az bildirir ki, həmin oyunda bundan əvvəl daha bir insident yaşanıb. Daha dəqiq desək, ermənilər təxribat törədərək matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağını” uçurdublar. Bu səbəbdən matçda fasilə yaranıb, daha sonra oyun davam etdirilib.

Yeri gəlmişkən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli jurnalistlərə açıqlamasında deyib ki, təmsil etdiyi qurum Ermənistan - Xorvatiya oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək: “AFFA məsələ ilə bağlı bütün lazımi addımları atacaq”.

 

Xatırladaq ki, bu, ermənilərin ilk belə addımı deyil. 2010-cu ildə Luksemburqda Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” matçında da anoloji təxribat baş vermişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.