Putin Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyinə möhür vurdu! - ELXAN ŞÜKÜRLÜNÜN ŞƏRHİ
+ VİDEO

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Qarabağ məsələsi ilə bağlı mövqeyinə möhürünü vurdu! O, Vladivostokda keçirilən Şərq İqtisadi Forumundakı çıxışında vaxtilə Ermənistana əlverişli sülh planı təklif etdiklərini, ancaq Ermənistan rəhbərliyinin bundan imtina etdiyini və hər şeyə müharibəylə nail olmağa çalışdıqlarını, nəticədə də indiki durumla üzləşdiklərini söyləyib. 

 

Putin deyib: “Əgər Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıbsa, nə danışırıq? Bu, bütün problemlərin əsas komponentidir – Qarabağın statusunu Ermənistan özü müəyyən edib”.

 

Beləliklə, Paşinyan Ermənistanının 44 günlük Qarabağ savaşındakı məğlubiyyətlərini KTMT-dəki müttəfiqləri Rusiyanın ayağına yazmaq, Ermənistanda anti-Rusiya və anti-Putin meyillərini gücləndirməklə KTMT-dən çıxmaq gedişinə qarşı Putin də öz “Şah!”gedişini etdi – o, erməni əhalisinə təqsiri öz rəhbərliklərində axtarmağı tövsiyə etməklə, faktiki olaraq, Qarabağdakı məğlubiyyətin məsuliyyəti barədə bütün müzakirələri Ermənistanın daxilinə, iç siyasətinə daşıdı və Paşinyanın bundan sonra Rusiyanın moderatorluğu ilə keçiriləcək görüşlərdə sülhdən geri çəkilmək yolunu da bağladı.

 

Böyük ehtimalla, sentyabrın 17-dən etibarən, Ermənistanda hakimiyyət uğrunda mübarizənin yeni bir mərhələsi başlayacaq və Putinin açıqlamaları iç savaşın şiddətlənməsində, qarşılıqlı ittihamların dərinləşməsində ən çox istinad edilən fikirlər olacaq. 

 

Eyni zamanda, Putin bu çıxışıyla bundan sonrkı mərhələdə Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinin həllində və Xankəndinin rəsmi Bakının iradəsinə tabe etdirilməsində, eləcə də bölgədəki sülhməramlılarının gələcək aqibəti məsələsində Azərbaycan tərəfiylə razılaşdırılmış mövqe tutacağının da anonsunu vermiş oldu.

Redaksiyadan: Senzor.az haqqında söhbət gedən məsələ barədə oxucularda daha aydın və dolğun  təsəvvür olsun deyə, Rusiya Prezidentinin çıxışının həmin hissəsinin videosunu dəyərli Elxan bəyin şərhinə əlavə edir: 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.